Yuxarı

Lənkəranda maşın 100 metr hündürlükdən dərəyə düşdü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkəranda maşın 100 metr hündürlükdən dərəyə düşdü

Lənkəranda ağır yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində üç nəfər xəsarət alıb.

Axar.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə axşam saatlarında Lənkəran rayonunun Xanbulan-Biləsəsər kənd yolunda, dağlıq ərazi olan Daşdatük kəndi ərazisində baş verib.

Belə ki, Astara rayon Siyəkü kənd sakini 2004-cü il təvəllüdlü Səbuhi Namiq oğlu Rzayevin idarə etdiyi VAZ-2107 markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən idarəetməni itirib.

Nəqliyyat vasitəsi təqribən 100 metr hündürlükdən dərəyə aşıb və ağaca çırpılaraq dayanıb.

Qəza nəticəsində avtomobildə olan sürücü və sərnişinlər Astara rayon Siyəkü kənd sakinləri 2009-cu il təvəllüdlü Qalib Şaiq oğlu Şahməmmədov, 2003-cü il təvəllüdlü Sənan İlqar oğlu Əhmədov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunublar.

Həkimlər sürücü S.Rzayevə sağ mil sümüyünün sınığı, bədənin çoxsaylı sıyrıqları, Q. Şahməmmədova isə sol milin tipik yerdəyişən sınığı, sol göz ətrafında əzilmiş-didilmiş yara, bədəndə çoxsaylı sıyrıqlar və S. Əhmədova sağ bud çanaq, boyun nahiyəsinin küt travması diaqnozu qoyublar. Yaralıların müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2025.07.20 / 23:18
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla