Yuxarı

Sumqayıtda binada yanğın: sakinlər təxliyə olundu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıtda binada yanğın: sakinlər təxliyə olundu

2025.07.20. 23:47

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Axar.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 7-si uşaq olmaqla 22 nəfər bina sakini təxliyə edilib.

Yanğın nəticəsində ümumi sahəsi 80kv.m. olan ikiotaqlı mənzilin yanar kostruksiyaları 40 kv.m. sahədə yanıb.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Tarix
2025.07.21 / 00:17
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla