Yuxarı

Füzulidə yanğın genişləndi: helikopter cəlb olundu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Füzulidə yanğın genişləndi: helikopter cəlb olundu

2025.07.23 - 18:05

Füzuli rayonu Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verib.

Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatla əlaqədar əraziyə FHN-in Aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Digər məlumata görə, Füzuli rayonunun Yuxarı Yağlıvənd, Cəmilli, Divanallar kəndi və Xocavənd rayonunun Hadrut qəsəbəsində yanğın müşahidə edilir.

Hadrut qəsəbəsi ərazisində olan alov artıq meşə massivinə keçib. Hazırda yanğının söndürülməsi üçün əraziyə FHN-in Cəbrayıl, Beyləqan və Xocavənd rayonlarındakı yanğınsöndürən avtomobilləri və əməkdaşları cəlb edilib.

***

Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndi ərazisində baş verən yanğın genişlənərək Qacar kənd ərazisinə keçib.

Hazırda FHN-nin yanğınsöndürənləri yanğının qarşısını almaqla məşğuldurlar.

Tarix
2025.07.24 / 01:07
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla