Yuxarı

Bakıya gələn iş adamını qaraçılar soydular

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıya gələn iş adamını qaraçılar soydular

Səbail rayonunun Nizami küçəsində, "Torqovı" adlanan ərazidə Pakistan vətəndaşına qarşı soyğunçuluq edən 20 yaşlı qadın barəsində məhkəmə hökmü elan edilib.

Axar.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 2005-ci ildə Yevlax şəhərində anadan olmuş Ulduza Bukaviz barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 (bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.4 (təkrar törədildikdə) və 177.2.5 (azyaşlı şəxs tərəfindən törədildikdə) maddələri üzrə açılmış cinayət işinə məhkəmədə baxılıb.

Araşdırmalar zamanı məlum olub ki, Ulduza Bukavizin azyaşlı bacıları - 12, 15 və 16 yaşlarında olan qızlar, eləcə də iki digər qohumu ilə birlikdə həmin ərazidə dilənçiliklə məşğul olublar.

Onlar "Torqovı"da gəzən üç Pakistan vətəndaşına yaxınlaşaraq pul istəyiblər. İstəkləri cavabsız qaldıqda qadınlar Camil adlı Pakistanlı iş adamını əhatəyə alıblar. Bu zaman qızlardan üçü onun diqqətini yayındıraraq israrla pul istəməyə başlayıblar. Onlardan biri hətta əlləri ilə onun ayaqlarından tutaraq yalvarışla pul istəyib. Bu vaxt Ulduzanın 12 yaşlı bacısı Leyla Bukaviz gizlicə iş adamının cibindən 3 500 ABŞ dolları götürüb və ərazidən uzaqlaşıblar.

Əldə olunan pul Ulduza Bukavizin bacıları və qohumları arasında bölüşdürülüb.

Zərərçəkmiş şəxs, iş adamı Camil ifadəsində bildirib ki, Pakistan İslam Respublikasının vətəndaşıdır, işləri ilə bağlı həm Pakistanda, həm də Dubayda yaşayır. Azərbaycana isə investisiya yatırmaq və iş qurmaq məqsədilə gəlib. O, hadisə ilə bağlı Ulduza Bukavizdən şikayətçi olmadığını, maddi ziyanın isə ödənildiyini qeyd edib.

Məhkəmənin hökmü ilə Ulduza Bukaviz barəsində 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Həmin müddət ərzində o, Yevlax rayonunun ərazisini tərk etməməli və elektron nəzarət qolbağı ilə nəzarətdə saxlanacaq.

Tarix
2025.07.27 / 23:39
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla