Yuxarı

"Qarabağ" sabiq futbolçusunu qaytarır

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" sabiq futbolçusunu qaytarır

"Qarabağ" Macarıstanın "Ferentsvaroş" klubundan ayrılan sabiq futbolçusu Ovusu Kvabenanı komandaya qaytaracaq.

Axar.az "Transfermarkt" portalına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 2023-cü ilin iyununda klubu tərk edən qanalı hücumçunu azad agent kimi heyətinə cəlb etmək üçün danışıqlar aparır.

Bir neçə gün əvvəl başlayan danışıqların artıq müqavilənin razılaşdırılması ilə nəticələndiyi bildirilir. Razılaşmaya əsasən, Kvabena ilə ikiillik sözləşmə imzalanacaq.

Xatırladaq ki, O.Kvabena 2020-2023-cü illərdə "Qarabağ"ın futbolçusu olub. "Transfermarkt" onun bazar dəyərini 400 000 avro olaraq qiymətləndirir.

Qeyd edək ki, çərkəz hücumçusu ötən mövsüm icarə əsasında Türkiyənin "Ankaragücü" klubunda çıxış edib. O, iştirak etdiyi 16 oyunda 9 qol müəllifi olub.

Əlavə edək ki, "Qarabağ" və "Ferentsvaroş" UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcəklər. İlk oyun avqustun 19-da Budapeştdə, ikinci matç isə avqustun 27-də Bakıda təşkil olunacaq.

Tarix
2025.08.14 / 12:14
Müəllif
Axar.az
Digər xəbərlər

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla