Yuxarı

Əgər iki görüşdə də qol vura bilmiriksə... - Dambrauskas

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əgər iki görüşdə də qol vura bilmiriksə... - Dambrauskas

Rəqibi növbəti mərhələ münasibətilə təbrik edirəm.

Axar.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Levski” komandasına 0:2 hesabı ilə uduzduqları cavab görüşündən sonra təşkil olunmuş mətbuat konfransında deyib.

O, hər iki oyunda qol vura bilmədikləri üçün məyus olduqlarını bildirib:

“Əgər iki görüşdə də qol vura bilmiriksə, rəqib növbəti raunda vəsiqə qazanmağa layiqdir. İnkişaf etməliyik. Bu matçı unudub, sabahdan Premyer Liqaya hazırlaşmalıyıq. Çempionatı yenidən yaxşı yerdə başa vurub, avrokuboklara vəsiqə əldə etmək istəyirik”.

Baş məşqçi komandasının oyununu belə təsvir edib:

“Qorxaq futbol oynadığımızı desək, futbolçularımıza hörmətsizlik olar. İlk matçda intizamlı oynadıq. Bizim rəqibdən fərqimiz odur ki, son nöqtəni qoya bilmədik. Azarkeşlərə gözəl dəstəyə görə təşəkkür edirəm”.

Qeyd edək ki, ilk matç 1:0 hesabı ilə rəqibin xeyrinə başa çatmışdı.

Tarix
2025.08.15 / 01:18
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla