Yuxarı

Bizə uyğun olmayan rəqibdir... - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bizə uyğun olmayan rəqibdir... - Qurbanov

Hər top itkisindən sonra yenidən üstünlük qazanmaq üçün çox çalışmalı olacağıq.

Axar.az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"la matç üçün Macarıstan səfərinə yollanan "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "CBC Sport" kanalına açıqlamasında bildirib.

"Ümumilikdə pis hazırlıq keçmədik. Rəqibi tam yaxından tanımırıq, amma istədiyimiz qaydada hazırlaşa bildik. "Ferentsvaroş" tam fərqli sistemdə oynayır və çox fiziki güc sərf etməli olacağıq. Hücuma çox tez keçən komandadır. Standart vəziyyətlərdən ciddi yararlanırlar və sərt oyun nümayiş etdirirlər. Bəlkə də bizə uyğun olmayan rəqibdir. Hər top itkisindən sonra yenidən üstünlük qazanmaq üçün çalışmalı olacağıq. Oyunun başlanğıcı bizə çətin ola bilər".

Q.Qurbanov əlavə edib ki, qarşılaşma baxımlı olmaya bilər, çünki rəqib daha çox nəticəyə oynayır.

"Biz maksimum nəticə əldə edərək ölkəyə qayıtmaq istəyirik. Şanslarımızı 50-nin 50-yə dəyərləndirirəm".

Tarix
2025.08.18 / 13:27
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı - Video

İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi

Prezident iranlı naziri qəbul etdi - Foto

Van Yi Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla