Yuxarı

Yığmanı davamlı şəkildə ona tapşırmaq olar… - Ekspert

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yığmanı davamlı şəkildə ona tapşırmaq olar… - Ekspert

Fernandu Santuşun göndərilməsi çox düzgün, amma gecikmiş qərardır. Onu ilin əvvəlində göndərmək lazım idi. Hər halda federasiya rəhbərliyinin öz məşqçisinə etimad göstərməsi, onun arxasında dayanması normal haldır.

Bu sözləri Axar.az-a açıqlamasında idman eksperti Kənan Məstəliyev Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun müqaviləsinə xitam verilməsi ilə bağlı danışarkən deyib.

Ekspert qeyd edib ki, Santuşla bu iş davam etməyəcəkdi və yolların ayrılması lazım idi:

“Əgər bir insan ancaq maddi vəziyyəti, özünə hörmət etməyərək yanlız kontraktından gələn pul haqqında düşünürsə, onun pulunu verib, yola salmaq lazımdır. Bu adamdan bizə heç bir kömək gələ bilməzdi. Komandanı Ukrayna ilə matça çıxaracaq Ayxan Abbasov Azərbaycan futbolunda özünü sübut etmiş məşqçidir. U-21 komandasında baş məşqçidir. Milli komandanın ruhunu da, hər şeyini də bilir. Hətta bundan sonra da komandanı davamlı şəkildə ona tapşırmaq olar. Azərbaycan yığma komandasına yerli məşqçi rəhbərlik etməlidir. Bizim xarici məşqçiyə ehtiyacımız yoxdur. Bu işin öhdəsindən özümüz də gələ bilərik”.

Tarix
2025.09.08 / 14:45
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla