Yuxarı

Məşhur Formula-1 pilotları paddokda - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur Formula-1 pilotları paddokda - Foto

Artıq Formula-1 pilotları və komandaları bu həftəsonu keçiriləcək Azərbaycan Qran-prisi üçün Bakı Şəhər Halqasında hazırlıqlara başlayıblar.

Bakı Şəhər Halqasından Axar.az-a verilən məlumata görə, bu yarış mövsümün 17-ci mərhələsi kimi təqvimdə yer alır. Dünyanın ən məşhur Formula 1 pilotları artıq Bakının paddok ərazisindədirlər. Sabah start götürəcək Azərbaycan Qran-prisi öncəsi yarış həvəskarları pilotların hazırlıq prosesini yaxından izləmək imkanı qazanırlar.

Paddok komandaların qarajlarının, texniki avadanlıqların, mühəndislərin və pilotların toplandığı əsas mərkəzdir. Burada komandalar bolidlərini yarışa hazırlayır, pilotlar media ilə görüşür, strategiyalar müzakirə olunur və ən vacib qərarlar qəbul edilir. Sadəcə, yarışın ürəyi deyil, həm də onun kulisidir.

Bu gün Paddokda Maks Ferstappen, Karlos Sainz, Fernando Alonso və digər kimi dünya şöhrətli pilotlar ilk rəsmi görünüşlərini təqdim ediblər. Onlar bolidlərini yoxlayıb, mühəndisləri ilə son dəqiqləşdirmələri edərək sabahkı starta hazırlaşıblar.

Qeyd edək ki, bu il Azərbaycan Qran-prisində ilk dəfə satışa çıxarılan Champions Club biletlərinə Paddok turları da daxildir. Sabah start götürəcək yarışla birlikdə bu zona sürət, taktika və adrenalinlə dolacaq və tamaşaçılar unudulmaz anların şahidi olacaqlar.

Tarix
2025.09.18 / 16:38
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

Vüsal Aslanova sosial şəbəkədə nələr yazırlar...

Rixard Raşi Xankəndidə səfərdədir - Foto

Şahin Mustafayev Overçukla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla