Yuxarı

Paris-Bakı əlaqələrində böhran - Nazir səfirlə danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paris-Bakı əlaqələrində böhran - Nazir səfirlə danışdı

Xarici işlər naziri Ceyhun Bayramov Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Sofi Laqutt ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, səfir etimadnaməsinin surətini nazirə təqdim edib.

Ceyhun Bayramov Sofi Laquttu təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Fransa arasında mövcud ikitərəfli və çoxtərəfli münasibətlərin hazırkı vəziyyəti, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.

Azərbaycan-Fransa münasibətlərində yaranmış böhranın səbəbləri ətrafında fikir mübadiləsinin də aparıldığı görüşdə həmçinin mövcud problemlərə baxmayaraq, qarşılıqlı dialoq və müzakirələrin davam etdirilməsinin vacibliyi qeyd edilib.

Ceyhun Bayramov həmçinin Sofi Laquttu postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.

Səfir qəbula görə təşəkkür edib, fəaliyyəti müddətində Azərbaycan və Fransa arasında münasibətlərin möhkəmləndirilməsinə töhfə vermək istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüş zaman həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2025.09.19 / 20:23
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

Vüsal Aslanova sosial şəbəkədə nələr yazırlar...

Rixard Raşi Xankəndidə səfərdədir - Foto

Şahin Mustafayev Overçukla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla