Yuxarı

Fransalı məşqçi: "Bakıda çox sərbəstəm"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransalı məşqçi: "Bakıda çox sərbəstəm"

Bakıda özünü sərbəst hiss edirsən.

Bunu Trend-ə bədii gimnastika üzrə Fransa yığmasının baş məşqçisi Svetlana Mustafayeva deyib.

O, qeyd edib: "Biz Bakıda Avropa çempionatı və Avropa Oyunlarında olmuşuq. Yəqin ki, bu, soyadımdan irəli gəlir, Bakıda özümü sərbəst hiss edirəm. Dəstəyə görə tamaşaçılara təşəkkür edirəm. Sizin möhtəşəm arenanız var, burada çıxış etmək zövq verir".

Öz yetirməsi olan Kseniya Mustafayevanın çıxışına toxunan baş məşqçi vurğulayıb ki, nəticədən razıdır.

"Biz artıq ötən gün yaxşı çıxış etdik, dörd finalın hamısına yüksəldik və Kseniya özünü çox yaxşı göstərdi. Bu gün də yaxşı başladı. İlk hərəkətin həmişə çətin olmasına baxmayaraq, Kseniya öhdəsindən gəldi və yaxşı nəticə əldə etdi. Toparlanmaq və digər finallarda uğurlu çıxış etmək lazımdır".

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır.

Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

Tarix
2016.07.24 / 15:59
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla