Yuxarı

Həmid Altuntop Azərbaycanda işləmək istəyir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həmid Altuntop Azərbaycanda işləmək istəyir

Türkiyə millisinin sabiq futbolçusu Həmid Altuntop Azərbaycanda işləmək istəyir.

Axar.az xəbər verir ki, bu barədə Azərtac-a-a müsahibəsində 42 yaşlı veteran oyunçu özü məlumat verib.

O, bilik və təcrübəsini bölüşməkdən, xüsusən də gənc oyunçuların inkişafına dəstək olmaqdan həmişə məmnun olduğunu bildirib:

"Axı, biz hamımız eyni mədəniyyətin və futbol ailəsinin bir hissəsiyik. İstər Türkiyə Futbol Federasiyasında (TFF) işlədiyim vaxtlarda, istərsə də ondan sonrakı dönəmdə Azərbaycandakı futbol rəsmiləri (AFFA) ilə daim əlaqə saxlayırıq. Hazırda heç bir rəsmi əməkdaşlıq gündəmdə deyil. Ancaq Azərbaycan futboluna göstərdiyim hörməti və marağımı hər fürsətdə vurğulayıram".

Xatırladaq ki, Almaniya futbolunun yetirməsi olan Altuntop bu ölkənin "Şalke" və "Bavariya" kimi tanınmış komandalarında çıxış edib. O, həmçinin İspaniya nəhəngi "Real Madrid" və Türkiyə təmsilçisi "Qalatasaray"ın formalarını geyinib. Türkiyə yığmasının heyətində 82 oyun keçirən keçmiş yarımmüdafiçi 7 qolla yadda qalıb.

Tarix
2025.10.31 / 13:19
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla