Yuxarı

“Fənərbağça” bu futbolçuya 40 milyon ödəməyə hazırdır

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Fənərbağça” bu futbolçuya 40 milyon ödəməyə hazırdır

Qış transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirmək istəyən Türkiyənin “Fənərbağça” klubunun bu mövqe üçün əsas hədəfi müəyyənləşib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, İstanbul təmsilçisi İtaliya “İnter”indən Davide Frattezini heyətinə qatmağa çalışacaq.

Mənbənin məlumatına görə, “Fənərbağça” 26 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır.

Frattezinin isə İtaliya millisinin heyətində DÇ-2026-ya yollanmaq üçün öz ölkəsindəki klublardan birinə keçmək istəyində olduğu bildirilir.

“Sarı-lacivərdlilər” daha əvvəl Niderlandın PSV komandasından Coui Vermanı transfer etmək istəsə də, tərəflər arasında razılıq əldə olunmayıb.

Qeyd edək ki, Davide Frattezi 2023-cü ildən “İnter”in şərəfini qoruyur. O, cari mövsüm ərzində 14 oyunda iştirak edib və iki məhsuldar ötürmə müəllifi olub.

Tarix
2025.12.28 / 17:11
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Ərdoğanın səfəri ilə bağlı görüntülər paylaşdı

Türkiyə DİN də Azərbaycanı təbrik etdi

İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilir

Ərdoğanın Şuşada qarşılanma mərasimi - Video

Şimali Kipr də Azərbaycanı təbrik etdi

Şuşada Ərdoğanın qarşılanmasına hazırlıq – Video

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Qələbələrin daim olsun, Can Azərbaycan - Çavuşoğlu

Ərdoğanı şəxsən İlham Əliyev qarşıladı - Video

Bakı və İrəvan texniki qruplar yaradır - Yeni reallıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla