Yuxarı

“Nyukasl” “Qarabağ”la oyuna ciddi itkilərlə çıxır

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nyukasl” “Qarabağ”la oyuna ciddi itkilərlə çıxır

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində "Qarabağ"ı qəbul edəcək "Nyukasl Yunayted"in heyətində bir sıra problemlər yaranıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi bugünkü həlledici matçda bir neçə aparıcı oyunçusunun xidmətindən istifadə edə bilməyəcək.

Bakıdakı görüşdə sarı vərəqə alan mərkəz müdafiəçisi Malik Tiau cəzalı duruma düşüb. Həmçinin müdafiəçilər - Fabian Şar, Emil Kraft, Tino Livramento və yarımmüdafiəçi Bruno Gimaraeş zədə səbəbindən heyətdə yer almayacaqlar.

Bundan başqa, müdafiəçi Sven Botman, yarımmüdafiəçi Lyuis Mayli və hücumçu Yoane Vissa da zədədən əziyyət çəkirlər. Onların da matçda iştirakı sual altındadır.

Qeyd edək ki, bu gün "Sent Ceyms Park"da keçiriləcək "Nyukasl Yunayted" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matçda qonaqlar 6:1 hesablı qələbə qazanıb.

Tarix
2026.02.24 / 15:24
Müəllif
Axar.az
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla