Yuxarı

Oyun başlayandan sonra hər şey yaddan çıxdı...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oyun başlayandan sonra hər şey yaddan çıxdı...

Məğlub olmağımıza baxmayaraq, pis sonluq olmadı. Bizim üçün böyük təcrübə idi. Klub olaraq çox inkişaf etdik. İlk oyundakı nəticəyə görə cavab matçına hazırlaşmaq elə də asan deyildi. Hər bir halda rəqib bizi səhvlərə yol verməyə məcbur edirdi.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında bildirib.

O, Çempionlar Liqasının pley-off mərhələsində İngiltərə təmsilçisi “Nyukasl”a cavab oyununda 2:3 (ilk oyun 1:6) hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırmalarından danışıb:

“Bakıdakı oyunda azarkeşlərin sona qədər bizə dəstək olması turnirin çəkisini bir daha göstərdi. Buna görə çox sevindim. Əlbəttə, bunun bizə çox faydası oldu. “Nyukasl” stadionunda futbolçu kimi də çıxış etmişdim. Baş məşqçi kimi çıxış edəndə o anlar yadıma düşdü. Oyun başlayandan sonra isə hər şey yaddan çıxdı (gülür)”.

Tarix
2026.02.25 / 11:47
Müəllif
Axar.az
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla