Yuxarı

“Qarabağ” möcüzədir, fantastikadır - Natiq Muxtarlı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ” möcüzədir, fantastikadır - Natiq Muxtarlı

Azərbaycan çempionatının səviyyəsini, “Qarabağ”ın büdcəsini nəzərə alsaq, “Qarabağ”ın Çempionlar Liqasına çıxışı möcüzə idi. Pley-off mərhələsinə adlaması isə ikinci möcüzə idi. “Qarabağ” ÇL-nin qrup mərhələsində 13 qol vurub. Bu fantastikadır. Klublar var ki, qrup mərhələsində heç 1 xal da qazanmayıblar. ÇL bu qədər çətin və yüksək səviyyəli turnirdir.

Bu sözləri Axar.az-a açıqlamasında idman jurnalisti Natiq Muxtarlı "Qarabağ"ın Çempionlar Liqası ilə vidalaşmağı barədə danışarkən deyib.

Onun sözlərinə görə, püşkatmadan sonra bütün Azərbaycan azarkeşlərinə pessimist əhval-ruhiyyə yüklənmişdi:

“Hamı düşünürdü ki, biz xal qazana bilməyəcəyik. İnanmamağımıza rəğmən, “Qarabağ” bizim məntiqimizi və istəklərimizi üstələdi. Gözləmirdik, amma “Qarabağ” reallaşdırdı. Komanda qrupdan çıxandan sonra artıq gözləntilərimiz böyüdü, iştahımız artdı. Reallıq hissini itirdik. Bu, həm də azarkeş hissinin böyüməsidir. Azarkeşin hissinin sərhədi yoxdur.

Sizə bir misal çəkəcəyəm: “Seltik” Şotlandiyanın nəhəng klubudur. Büdcəsi 300 milyona yaxındır. Və bu komanda bu il ÇL-də yoxdur. “Seltik” Avropa Liqasında 1/16 finalda Almaniya təmsilçisi “Ştuttqart”a öz meydanında 1:4 hesabı ilə məğlub oldu. Baş məşqçi məğlubiyyətin səbəbini büdcə fərqi olaraq dəyərləndirdi”.

Jurnalist İngiltərə klublarının 80 milyona futbolçu alıb ehtiyatda saxlamaqlarına diqqət çəkib:

“Biz isə 30 milyon büdcəsi olan “Qarabağ”dan tələb edirik ki, rəqabət apar. İngiltərə Çempionatında yayım hüququ 7 milyard funt sterlinqdir. Bu, Azərbaycanın dövlət büdcəsinin 1/3-dir. Fərqi anlada bilirəmmi?

Sizə əminliklə deyirəm ki, yaxın 10 ildə bu tarix təkrarlanmayacaq. Amma bu problemi həll edəcək insan Qurbanov deyil, AFFA-dır. Uşaq futbolumuz inkişaf etməlidir, infrastruktur qurulmalıdır, legionerlər gəlməlidir. O stadionlarda futbol oynamaq cinayətdir. Avropada bir yox, bir neçə klubumuz iştirak etməlidir. Rəqabət yaranandan sonra inkişaf da olacaq.

Yenə də “Qarabağ” həmişə təəccübləndirə bilər. Qurban Qurbanov bizi 14-15 ildir təəccübləndirir. Qurban Qurbanov məntiqi sındırır. Bu il etdiklərinə görə “Qarabağ”a təşəkkürlər”.

Tarix
2026.02.25 / 12:38
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla