Yuxarı

"Qalatasaray"ın prezidentini ciddi cəza gözləyir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qalatasaray"ın prezidentini ciddi cəza gözləyir

"Qalatasaray" klubunun rəhbəri Dursun Özbək Türkiyə Futbol Federasiyası tərəfindən Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) cəlb olunub.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, TFF-nin Hüquq Departamenti məsələ ilə bağlı açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki, Özbekin 21 fevral 2026-cı ildə klubun rəsmi sosial şəbəkə hesabında və 22 fevral 2026-cı ildə rəsmi internet səhifəsində səsləndirdiyi fikirlər, Futbol İntizam Təlimatının 38-ci maddəsinə uyğun olaraq, futbolun nüfuzunu aşağı salmaq kimi qiymətləndirilib.

Diqqət çəkən əsas məqam odur ki, Dursun Özbəklə Türkiyə Futbol Federasiyası arasındakı gərginlik və qarşılıqlı bəyanatlar bu intizam prosesinin əsas səbəbi kimi göstərilir. Xatırladaq ki, Özbək və "Qalatasaray" klubu barədə 2024 və 2025-ci illərdə də dəfələrlə PFDK qərar çıxarıb.

Peşəkar Futbol İntizam Şurasının verəcəyi qərar nəticəsində Dursun Özbək və "Qalatasaray" klubu üçün pul cərimələri, rəsmi matçlarda iştirak qadağası və digər sanksiyalar tətbiq edilə bilər.

Tarix
2026.02.25 / 15:35
Müəllif
Axar.az
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla