Yuxarı

"Traktor" İrandan FİFA-ya şikayət etdi - Rəsmi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Traktor" İrandan FİFA-ya şikayət etdi - Rəsmi

Təbrizin "Traktor" klubu İran Futbol Federasiyasından (FFİRİ) FİFA-ya şikayət edib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Cənubi Azərbaycan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klubun idarə heyəti tərəfindən imzalanan və FİFA-nın baş katibinə ünvanlanan müraciət üç əsas istiqaməti əhatə edir.

Şikayətdə ilk növbədə fors-major prinsiplərinin pozulması, oyunların təhlükəsizliyi və ədalətli idarəetmənin olmaması qeyd edilib.

Ən ciddi bölmə isə "Traktor" klubuna və onun milli üzvü olan futbolçularına qarşı davam edən etnik və irqi ayrı-seçkilikdir. Klub rəhbərliyi federasiyanın bu təhqirlərə qarşı səssiz qaldığını və qərəzli mövqe nümayiş etdirdiyini bildirib.

Həmçinin Video Köməkçi Hakim (VAR) sisteminin tətbiqindəki natamamlıqlar da şikayətə əlavə olunub.

Qeyd edək ki, klubun sahibi Məhəmmədrza Zünnuzi bir müddət əvvəl bu ayrı-seçkilik davam edərsə, komandanın çempionatdan çəkilə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

Tarix
2026.02.25 / 22:16
Müəllif
Axar.az
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla