Yuxarı

Məşhur futbolçu karyerasını başa vurdu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur futbolçu karyerasını başa vurdu

“Arsenal”ın və Uels millisinin əfsanəvi sabiq futbolçu Aaron Remzi futbolçu karyerasını başa vurub.

Axar.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Bu, asan qərar olmadı. Uzun düşüncələrdən sonra karyeramı bitirməyə qərar verdim. İlk növbədə Uels millisinə təşəkkür edirəm. Bu formanı geyinmək və bu qədər unudulmaz anlar yaşamaq mənim üçün böyük şərəf idi. Bu yolda işlədiyim bütün məşqçilərə və personal üzvlərinə minnətdaram.

Azarkeşlərə müraciət edirəm: siz həm çətin, həm də xoş günlərdə yanımda oldunuz. Birlikdə enişlərdən və yüksəlişlərdən keçdik və siz uğurlarımızın ayrılmaz hissəsi oldunuz. Sizə təşəkkür etməyə söz tapmıram. Karyeram boyunca çıxış etdiyim bütün klublara da təşəkkür edirəm. Mənə bu səviyyədə oynamaq imkanı yaratdığınız üçün minnətdaram" - deyə, o, açıqlamasında bildirib.

Qeyd edək ki, Aaron Remzinin son klubu Meksikanın “Pumas” komandası olub. O, karyerası ərzində həmçinin İtaliyanın “Yuventus”, Fransanın “Nitsa” və Uelsin “Kardiff” klublarında çıxış edib.

Tarix
2026.04.07 / 17:25
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla