Yuxarı

“Fənərbağça”dan fantastik təklif aldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Fənərbağça”dan fantastik təklif aldı

“Əl-Nəsr”in baş məşqçisi Xorxe Jesus çox güman ki, cari mövsümün sonunda komandadan ayrılacaq.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, Portuqaliyanın “A Bola” qəzetinin məlumatına görə, 71 yaşlı mütəxəssis artıq klub rəhbərliyini qərarı ilə bağlı məlumatlandırıb.

Deyilənə görə, Jesus Səudiyyə Ərəbistanındakı karyerasını başa vurmaq və başqa yerdə davam etdirmək üçün variantları nəzərdən keçirmək niyyətindədir. Lakin mövsümün qalan hissəsində məşqçi yalnız komandanın məqsədlərinə diqqət yetirir və potensial işəgötürənlərlə danışıqlara başlamaq planı yoxdur.

“Əl-Nəsr” hazırda çempionluq uğrunda mübarizəsini davam etdirir və eyni zamanda Asiya Çempionlar Liqası 2-nin finalına hazırlaşır. Finalda Yaponiyanın “Qamba Osaka” komandası ilə qarşılaşacaq.

Bu arada, Jesusun may ayının sonunda Lissabonda “Fənərbağça” nümayəndələri ilə görüşü planlaşdırılır. Türkiyə klubu məşqçiyə mövsümünə təxminən 15 milyon avro dəyərində müqavilə təklif etməyə hazırdır. Bu, onun məşqçilik karyerasının ən böyük razılaşması ola bilər.

Tarix
2026.05.16 / 14:34
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla