Yuxarı

Azərbaycan futbolunda kütləvi dava - AFFA qərarını açıqladı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan futbolunda kütləvi dava - AFFA qərarını açıqladı

AFFA İntizam Komitəsi II Liqanın XXVII turunda keçirilən "Kür-Araz" – "Araz Saatlı" oyununda yaşanan insidentlərlə bağlı qərarları açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə qərar qurumun növbəti iclasında qəbul olunub.

Qarşılaşmada təşkilati-texniki öhdəliklərin pozulmasına görə "Kür-Araz" klubu 100 manat cərimələnib. Bundan əlavə, oyuna təyin olunan Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən matçın vaxtında başlamamasına görə klub daha 200 manat ödəyəcək.

Görüşün 90+2-ci dəqiqəsində "Kür-Araz" azarkeşlərinin meydana daxil olaraq rəqib futbolçulara fiziki təzyiq göstərməsi ciddi sanksiya ilə nəticələnib. Qərara əsasən, klub növbəti mövsümdə ilk 5 ev oyununu azarkeşsiz keçirəcək. Təhlükəsizliyin tam təmin olunmamasına görə isə "Kür-Araz" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Qarşılaşmanın 90+1-ci dəqiqəsində "Araz Saatlı" komandasının meydanı özbaşına tərk etməsi də cəzasız qalmayıb. Saatlı təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib, klub əlavə olaraq 2000 manat cərimə olunub.

Matçda baş verən intizamsız davranışlara görə bir sıra futbolçular uzunmüddətli cəzalar alıblar. "Kür-Araz"ın futbolçusu Eltun Həsənli birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqibə qarşı qeyri-etik jestlər etdiyinə görə bütün turnirlər daxil olmaqla 8 oyunluq cəzalanıb, klub isə 1000 manat cərimə edilib.

Komandanın digər oyunçuları – Nihat Paşayev, Nicat Quliyev, İbrahim Əliyev və Museyib Vəlizadə rəqib futbolçulara qarşı aqressiv davranış və zərbə endirdiklərinə görə 5 oyunluq diskvalifikasiya olunublar. "Kür-Araz" bu futbolçuların hər birinə görə əlavə 300 manat cərimə ödəyəcək.

"Araz Saatlı"nın futbolçuları Ramiz Qasımov və Rüstəm Rüstəmov da təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıblar. Onlar bütün turnirlər daxil olmaqla 8 oyunluq cəzaya məruz qalıblar. Klub hər iki futbolçuya görə 450 manat cərimələnib.

Bundan başqa, "Araz Saatlı"nın təhlükəsizlik üzrə meneceri, cəzalı durumda olan Xəyal Məmmədov meydana daxil olaraq rəqib futbolçulara fiziki güc tətbiq edib. O, bu səbəbindən 8 oyunluq cəzalanıb, klub isə bu hadisəyə görə 800 manat ziyana düşüb.

İntizam Komitəsi "Araz Saatlı" komandasının matç ərzində 5 futbolçusunun sarı vərəqə almasını da nəzərə alaraq klubu 70 manat cərimələyib.

Tarix
2026.05.20 / 21:52
Müəllif
Axar.az
Digər xəbərlər

Bolqarıstan prezidenti Sumqayıtda

Türkiyədə Azərbaycana qarşı yeni kampaniya - Kimlər var?

Dünya Bankı Azərbaycanda bu yolu bərpa edəcək

Köçərlinin vəsatəti təmin edildi: Silinən görüntülər...

Bakı Şəhərsalma Mükafatı təsis edildi

Sahibə Qafarova Rusiyaya getdi

Bayramov AB rəsmisi ilə yeni ikitərəfli sazişi müzakirə etdi

Azərbaycanda cəmi 3 qadının bacardığı riskli peşə...

Bakının həbs etdiyi silah baronu “mələyə” çevrilir?

Türkiyə yeni hərbi sistemə keçir: 3 dənizdə güc...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla