Yuxarı

Tanınmış avtoidman pilotu 41 yaşında öldü

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış avtoidman pilotu 41 yaşında öldü

Milli Seriya Avtomobil Yarışları Assosiasiyasının (NASCAR) ikiqat çempionu, məşhur amerikalı pilot Kayl Buş 41 yaşında vəfat edib.

Axar.az xəbər verir ki, bununla bağlı NASCAR məlumat yayıb.

"Dərin kədər və ağrı hissi ilə Kubokun ikiqat çempionu, idmanımızın ən böyük və qorxmaz yarışçılarından biri olan Kayl Buşun vəfat etdiyini bildiririk. Onun cəmi 41 yaşı var idi. Biz Buş ailəsinə, "Richard Childress Racing" komandasına və bütövlükdə avtoidman ictimaiyyətinə başsağlığımızı çatdırırıq", - məlumatda bildirilib.

Məşhur pilotun ölümünün dəqiq səbəbi açıqlanmasa da, onun ağır xəstəlik səbəbindən xəstəxanaya yerləşdirildiyi məlum idi.

Qeyd edək ki, Kayl Buş 2003-cü ildən etibarən NASCAR yarışlarında çıxış edirdi. O, 2015 və 2019-cu illərdə zirvəni fəth edərək "NASCAR Cup Series"in ikiqat çempionu adını qazanmışdı. Onun peşəkarlığı 2023-cü ildə bir daha etiraf edilmişdi və Buş NASCAR tarixinin ən böyük 75 yarışçısı siyahısına daxil olunmuşdu.

Tarix
2026.05.22 / 10:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

İran müharibəsi: Azərbaycan müdafiəni belə gücləndirir...

Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?

Yeddi körpənin yanaraq öldüyü mərkəzlə bağlı yeni xəbər

Erməni terrorçuların məhkəməsi: hakimlər müşavirəyə getdi

Samir Şərifova yeni vəzifə verildi

Prezidentdən Qırğızıstan səfəri ilə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla