Yuxarı

Bu futbolçular “Qarabağ”dan gedir, Zubir isə...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu futbolçular “Qarabağ”dan gedir, Zubir isə...

"Qarabağ"ın indiki heyətinin əksər oyunçuları növbəti mövsümdə də komandanın sıralarında qalmaqda davam edəcək.

Axar.az Fanat.az-a istinadla xəbər verir ki, bütün mövqelərə yeni transferlər etməyi və heyəti genişləndirməyi planlaşdıran Ağdam təmsilçisindən ayrılanlar da olacaq.

Ukraynalı yarımmüdafiəçi Aleksey Kaşuk, qanalı vinger Emmanuel Addai, xorvat əsilli almaniyalı qapıçı Fabian Buntiç və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə əməkdaşlığa son qoyulacaq.

Zaqreb "Dinamo"sundan icarəyə götürülən, sonradan intizamsızlığı üzündən əvəzedici komandaya göndərilən mərkəz müdafiəçisi Sami Mmaye də yola salınacaq.

Hazırda daxili intizam qaydalarını pozduqları üçün "dubl"a "sürgün edilən" iki cinah müdafiəçisinin - Elvin Cəfərquliyevlə Abbas Hüseynovun da "Qarabağ"dakı taleyi qaranlıqdır. Qurban Qurbanovun bağışlamaq istəmədiyi bu oyunçuların yenidən əsas komandanın heyətində meydana çıxacaqları inandırıcı deyil.

Abdullah Zubirin gedəcəyi ilə bağlı informasiyalar dərc edilsə də, fransalı cinah hücumçusu hələ rəhbərliyə klubdan ayrılmaq istədiyini deməyib.

Tarix
2026.05.22 / 12:55
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla