Yuxarı

ÇL-i qazansalar, hər futbolçuya 1 milyon veriləcək

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
ÇL-i qazansalar, hər futbolçuya 1 milyon veriləcək

PSJ futbolçularına Çempionlar Liqasını qazanacaqları halda böyük məbləğdə mükafat veriləcək. Fransa təmsilçisi mayın 30-da turnirin finalında "Arsenal"la qarşılaşacaq.

Axar.az Qol.az-a istinadla xəbər verir ki, qələbə qazanılacağı təqdirdə hər futbolçu təxminən 1 milyon avro mükafat alacaq.

Bildirilib ki, ötən il Paris klubunun ÇL-də "Inter"i 5:0 hesabı ilə məğlub edərək kuboku qazandığı vaxt da eyni məbləğ ödənilmişdi.

Mənbənin məlumatına görə, əksər böyük Avropa klublarında olduğu kimi, bonus məsələləri mövsümün əvvəlində müzakirə olunub. PSJ rəhbərliyi ilə danışıqları komandanın kapitanları – Markinyos, Əşrəf Hakimi, Usman Dembele və Vitinya aparıb.

Qeyd olunub ki, Liqa 1-də futbolçulara yalnız çempionluq halında bonus verilir. Eyni prinsip Çempionlar Liqasında da tətbiq olunur. Klub rəhbərliyi hesab edir ki, əsas motivasiya pul yox, qazanılan titullar olmalıdır.

Tarix
2026.05.29 / 16:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla