Yuxarı

"Traktor" klubu Çempionlar Liqasına vəsiqəni təmin etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Traktor" klubu Çempionlar Liqasına vəsiqəni təmin etdi

Cənubi Azərbaycanın “Traktor” klubunun növbəti mövsümdə Asiya Çempionlar Liqasının Elit mərhələsində iştirakı böyük ölçüdə dəqiqləşib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, çempionatın yarımçıq qalması və AFC-nin İran Futbol Federasiyasından qitə turnirlərində iştirak edəcək klubların siyahısını təcili şəkildə tələb etməsi vəziyyəti sürətləndirib.

40 gündən çoxdur müharibə şəraiti səbəbindən dayandırılan İran Pro Liqasında Təbriz təmsilçisi hazırkı vəziyyətə əsasən 39 xalla ikinci pillədə qərarlaşıb və bu nəticə ilə turnirə vəsiqəni təmin edib.

Hazırda “İstiqlal” 41 xalla liderdir. “Traktor” və “Sepahan” isə 39 xalla ikinci və üçüncü pillələri bölüşürlər. İran mediasının məlumatına görə, peşəkar lisenziya əldə etdiyi üçün “Traktor”un Elit mərhələdə iştirakı demək olar ki, rəsmiləşib.

“Sepahan”ın taleyi isə lisenziyalaşdırma ilə bağlı yekun qərardan sonra müəyyənləşəcək.

Qeyd edək ki, İran Pro Liqasında çempionun və digər yekun nəticələrin dünya çempionatından sonra keçiriləcək qalan oyunlardan sonra müəyyənləşəcəyi gözlənilir.

Beləliklə, İranı Asiya turnirlərində ümumilikdə 3 komanda təmsil edəcək: 2 komanda Asiya Çempionlar Liqasının Elit mərhələsində, 1 komanda isə Asiya Çempionlar Liqası 2-də çıxış edəcək.

Tarix
2026.05.30 / 01:58
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla