Yuxarı

40 yaşlı ulduz futbolçu DÇ-də çıxış edəcək

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
40 yaşlı ulduz futbolçu DÇ-də çıxış edəcək

İtaliyanın “Milan” klubunun yarımmüdafiəçisi Luka Modriç Xorvatiya millisinin dünya çempionatı üçün yekun heyətinə salınıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, Xorvatiya Futbol İttifaqının məlumatına görə, milli komandanın sifariş ərizəsində ümumilikdə 26 futbolçu yer alıb.

40 yaşlı Modriç 2025-ci ilin yayından “Milan”da çıxış edir. O, bundan əvvəl 13 il İspaniyanın “Real Madrid” klubunun formasını geyinib.

Təcrübəli futbolçu karyerası ərzində altı dəfə UEFA Çempionlar Liqasının, beş dəfə Klublararası Dünya Çempionatının, dörd dəfə İspaniya çempionatının qalibi olub. Modriç 2018-ci ildə “France Football” jurnalının təsis etdiyi “Qızıl top” mükafatını qazanıb.

Xorvatiya millisində 196 oyuna çıxan və 28 qol vuran Modriç 2018-ci ildə dünya çempionatının gümüş, 2022-ci ildə isə bürünc medalçısı olub. ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026 onun karyerasında beşinci dünya çempionatı olacaq.

Tarix
2026.06.02 / 01:50
Müəllif
Axar.az
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla