Yuxarı

Türkiyənin DÇ-2026 üçün heyəti: Onlar siyahıda yoxdur...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin DÇ-2026 üçün heyəti: Onlar siyahıda yoxdur...

Türkiyə millisinin 2026-cı il dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

Axar.az xəbər verir ki, baş məşqçi Vinçenzo Montella geniş siyahıdan 9 futbolçunun adını çıxararaq yekun heyəti müəyyənləşdirib.

Qapıçılar: Altay Bayındır, Mert Günok, Uğurcan Çakır

Müdafiəçilər: Abdülkərim Bardakçı, Çağlar Söyüncü, Eren Elmalı, Fərdi Kadıoğlu, Merih Dəmiral, Mərt Müldür, Ozan Kabak, Samet Akaydın, Zəki Çelik

Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu, İsmayıl Yükək, Kaan Ayhan, Orkun Kökçü, Salih Özcan

Hücumçular: Arda Gülər, Barış Alpər Yılmaz, Can Uzun, Dəniz Gül, İrfan Can Kahveci, Kənan Yıldız, Kərəm Aktürkoğlu, Oğuz Aydın, Yunus Akgün

Bununla yanaşı, Ersin Dastanoğlu, Muhammed Şengezer, Əhmədcan Kaplan, Yusif Akçiçək, Mustafa Əskihellaç, Atakan Karazor, Dəmir Ege Tıknaz, Aral Şimşir və Yusif Sarı yekun heyətdən kənarda qalıblar.

Xatırladaq ki, Türkiyə yığması mötəbər turnirin qrup mərhələsində ABŞ, Paraqvay və Avstraliya milliləri ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, 11 iyun - 19 iyul tarixlərində baş tutacaq nəhəng futbol bayramına ABŞ, Kanada və Meksika ortaq ev sahibliyi edəcək. Ümumilikdə isə mundiala 48 komanda qatılacaq.

Tarix
2026.06.02 / 12:48
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla