Yuxarı

Avropanın nüfuzlu klubu Elvini istəyir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropanın nüfuzlu klubu Elvini istəyir

İntizamsızlığa görə "Qarabağ”ın əsas heyətindən qovulan Azərbaycan yığmasının üzvü Elvin Cəfərquliyev karyerasını Yunanıstanda davam etdirə bilər.

Axar.az Futbolinfo.az-a istinadla xəbər verir ki, sol cinah müdafiəçisi ilə bu ölkənin "Panatinaikos” klubu maraqlanır.

Son mövsümü 4-cü pillədə bitirən Afina təmsilçisi Konfrans Liqasında iştirak edəcək. Komandanın sol cinah müdafiəçisinə ehtiyacı var. Bu mövqedə hazırda üst səviyyədə çıxış edən əsas futbolçuları yoxdur.

"Panatinaikos”a yeni baş məşqçi təyin olunub. 4 ildir ki, Danimarkanın "Kopenhagen” klubunun "sükanı arxasında” olan Yakob Neestrup yunanları çalışdıracaq. Cəfərquliyev isə danimarkalı mütəxəssisə tanış simadır. Belə ki, cari mövsüm UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda onun çalışdırdığı "Kopenhagen” "Qarabağ”la üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada Azərbaycan təmsilçisi 2:0 hesablı qələbəyə sevinib. Həmin görüşdə isə Elvin "Matçın oyunçusu” seçilmişdi.

Görünən odur ki, Neestrup Azərbaycan yığmasının üzvünü izləməkdə davam edib və onu yeni komandasında görmək niyyətindədir.

Amma yunanların marağı hələ rəsmi təklifə çevrilməyib. "Qarabağ” müdafiəçisi üçün transfer haqqı istədiyindən keçid rahatlıqla başa gəlməyəcək.

Elvinə Serbiya "Partizan”ı və Portuqaliya "Braqa”sı da maraq göstərir.

Tarix
2026.06.03 / 14:34
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan Türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla