Yuxarı

Elşad Quliyev millimizin Avropa çempionu olmasından danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elşad Quliyev millimizin Avropa çempionu olmasından danışdı

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilmiş Avropa çempionatında ağır qrafiklə oynayıb.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Elşad Quliyev mətbuat konfransında bildirib.

Mütəxəssis Slovakiyada keçirilmiş Avropa çempionatının final oyununda Ukraynanı məğlub etdikləri (2:0) oyundan sonra fikirlərini bölüşüb:

"Möhtəşəm turnir keçirildi. Avropa Minifutbol Federasiyasını təbrik edirəm. Təşkilatçıların əziyyəti danılmazdır. Xalqımızı və komandamı çempionluq münasibəti ilə təbrik edirəm. Ağır qrafiklə oynayırdıq, güclü rəqiblərlə üz-üzə gəldik. Bu isə kollektivi yordu. Finala yorğun çıxmışdıq. Oyunçuları möhtəşəm finalı başa vurduqları üçün xüsusi təbrik edirəm".

E.Quliyev Ukrayna seçməsinin də yaxşı heyəti olduğunu əlavə edib:

"Ukrayna millisinin yaxşı oyunçuları var. Onlar da bu gün pis oynamadılar. Biz yarışa gəlməmişdən əvvəl böyük işlər görmüşdük. Avropa çempionatının çətin keçəcəyini bilirdik. Belə güclü komandalarla oynadıqdan sonra finala çıxacağımızı hesablamamışdıq.

Belə çempionluq məni ikiqat sevindirir. İlk çempionluqda daha asan komandalarla oynayırdıq".

Qeyd edək ki, Azərbaycanın minifutbol millisi tarixində ikinci dəfə Avropa çempionu olub.

Tarix
2026.06.05 / 00:57
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla