Yuxarı

Azərbaycanda klub 1 milyona satışa çıxarıldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda klub 1 milyona satışa çıxarıldı

Azərbaycanda futbol klubu satışa çıxarılıb. Söhbət I Liqada mübarizə aparan "Cəbrayıl"dan gedir.

Axar.az Sportinfo.az-a istinadən xəbər verir ki, Qarabağ bölgəsinə aid rayonun eyniadlı təmsilçisinin satış qiyməti heç də aşağı deyil.

I Liqada ilk iki mövsümü geridə qoyan "Cəbrayıl"ı almaq istəyən şəxs və ya şirkət 1 milyon manat ödəməlidir. Başa çatan mövsümü 9-cu pillədə başa vuran klubun hazırda iki təsisçisi var – Cavid Hüseynov və Şahin Məmmədov. Onların ikisi də hazırda ayrı-ayrı yerlərə bağlıdır.

Ş.Məmmədov Region Liqasının qalibi olaraq II Liqaya vəsiqə qazanan "Zəngəzur"un təsisçisi və baş məşqçisidirsə, C.Hüseynov bugünlərdə "Araz-Naxçıvan"ın sükanı arxasına keçib.

"Cəbrayıl" hazırda sponsorsuz fəaliyyət göstərir. Son olaraq komandaya "Avrora"nın sahibi Ceyhun Abbasov maliyyə dəstəyi verib.

Hər ay kollektivə vəsait ayıran tanınmış iş adamı iyunun ilk günlərindən bəri əlini onların üzərindən çəkib.

Tarix
2026.06.06 / 21:08
Müəllif
Axar.az
Digər xəbərlər

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla