Yuxarı

Mbappe Fransa millisinin məşqini tərk etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mbappe Fransa millisinin məşqini tərk etdi

Fransanın futbol üzrə millisinin kapitanı, Madridin "Real" klubunun hücumçusu Kilian Mbappe milli komanda ilə məşqini vaxtından əvvəl başa vurub və meydanı tək tərk edib.

Axar.az xəbər verir ki, bu barədə nüfuzlu insayder Miki Junior özünün X sosial şəbəkəsindəki səhifəsində bildirib.

Mənbənin məlumatına görə, Mbappe zədə səbəbindən məşq sessiyasını tamamlaya bilməyib. Təfərrüat açıqlanmır, lakin iyunun 8-də Fransa millisini 2026-cı il dünya çempionatından əvvəl Şimali İrlandiya ilə son yoldaşlıq oyunu gözləyir və bu görüşdə fransalı futbolçuya istirahət verilə bilər.

Fransa millisi qrup mərhələsində Seneqal, Norveç və İraqla qarşılaşacaq. Fransa komandası turnirdəki ilk oyununu iyunun 16-da Seneqala qarşı keçirəcək.

Tarix
2026.06.07 / 11:20
Müəllif
Axar.az
Digər xəbərlər

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla