Yuxarı

"Qəbələ" "Qarabağ"ı məğlub etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qəbələ" "Qarabağ"ı məğlub etdi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VII turuna yekun vurulub.

Report-un məlumatına görə, turun son oyununda "Qəbələ" "Qarabağ" klubunu qəbul edib.

Qəbələ şəhər stadionunda baş tutmuş görüşə meydan sahibləri fəal başlayıb. Nəticədə oyunun 11-ci dəqiqəsində "qırmızı-qaralar" hesabda önə çıxıb. Filip Ozobiç möhtəşəm zərbə ilə İbrahim Şehiçi məyus edib. Cəmi 3 dəqiqə sonra qonaqlar ikinci dəfə qapılarında top görüblər. Bu dəfə Baqali Dabo Asif Məmmədovun ötürdüyü topu başla tora göndərib. İlk 45 dəqiqə bu hesabla da başa çatıb.

İkinci hissəyə isə qonaqlar fəal başlayıb. Buna baxmayaraq, rəqib qapısına yol tapmaq mümkün olmayıb. Oyunun qalan dəqiqələrində qapılara qol vurulmayıb və matç "Qəbələ"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da "Qəbələ" Premyer Liqanın ilk dövrəsini 19 xalla birinci pillədə başa vurub. Səfər görüşündən xalsız dönən "Qarabağ" isə 13 xalla 3-cüdür.

Qeyd edək ki, turun digər oyununda "İnter" evdə "Zirə" ilə 1:1 hesablı heç-heçəyə razılaşıb. "Sumqayıt" - AZAL oyununda da eyni hesab qeydə alınıb. "Neftçi" isə evdə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib.

Tarix
2016.10.02 / 21:13
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla