Yuxarı

Dembelenin həkimi Elvini də əməliyyat etdi - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dembelenin həkimi Elvini də əməliyyat etdi - Foto

İdman ortopediyası üzrə ixtisaslaşmış ortoped-cərrah Lasse Lempainen aralarında Usman Dembele, Mark-Andre ter Stegen kimi məşhur oyunçuların da yer aldığı oyunçuları əməliyyat etməklə tanınır.

Axar.az Qol.az-a istinadla xəbər verir ki, bu dəfə onun pasiyentləri sırasına “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev də düşüb.

Dünən Lasse Lempainen Elvini əməliyyat edib.

O, sosial şəbəkə hesabında paylaşımında Azərbaycan millisinin üzvünün Finlandiyanın Turku şəhərində keçirdiyi əməliyyatın uğurlu olduğunu bildirib.

Lasse Lempainen ciddi arxa bud əzələsi zədəsi səbəbindən əməliyyat olunan Cəfərquliyevin bundan sonra xüsusi plan əsasında reabilitasiya prosesinə başlayacağını qeyd edib:

“Əməliyyat çox yaxşı keçdi. İndi meydana qayıdış üçün diqqətlə planlaşdırılmış reabilitasiya başlayır. Elvinə etimadına, “Qarabağ”a və klubun tibbi heyətinə isə bütün proses ərzində peşəkar əməkdaşlığa görə təşəkkür edirəm. Reabilitasiyada uğurlar, Elvin. Səni yenidən meydanda görməyi səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, Lasse Lempainen Finlandiyanın Turku şəhərində çalışan ortoped-cərrahdır. O, idman ortopediyası, xüsusilə arxa bud əzələsi, budun düz əzələsi, Axilles vətəri və adduktor zədələrinin müalicəsi üzrə ixtisaslaşıb.

Xatırladaq ki, daha öncə "Qarabağ" yaydığı açıqlamada Cəfərquliyevin ən azı 3 ay yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Tarix
2026.09.03 / 14:08
Müəllif
Axar.az
Digər xəbərlər

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla