Yuxarı

AFFA-dan Borgesə ağır cəza

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
AFFA-dan Borgesə ağır cəza

"Qarabağ"ın futbolçusu Kadi Borges 1-i şərti olmaqla 3 oyunluq cəzalanıb.

Axar.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Braziliyalı futbolçu Misli Premyer Liqasının III turunda baş tutan "Sumqayıt" – "Qarabağ" qarşılaşmasının 31-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1-i şərti olmaqla 3 oyunluq cəzalanıb. Bununla yanaşı, Ağdam təmsilçisi 3 000 manat cərimə olunub. Yarımmüdafiəçiyə 6 ay sınaq müddəti təyin edilib.

Həmçinin sözügedən matçda azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə "Sumqayıt" klubu 5 000 manat cərimələnib.

III turun "Zirə" – "Neftçi" matçının 70-ci dəqiqəsində ikinci sarı vərəqədən sonra cəzalanan "Neftçi"nin futbolçusu Elvin Bədəlov 1 oyunluq cəzaya məruz qalıb, paytaxt klubu isə 500 manat cərimələnib. Həmin görüşün 80-ci dəqiqəsində azarkeşlərin meydana kənar əşya atması səbəbindən "Neftçi" daha 2 000 manat cərimə edilib.

Tarix
2026.09.03 / 17:23
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla