Yuxarı

ÇL matçları göl mənzərəli stadionda keçiriləcək - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
ÇL matçları göl mənzərəli stadionda keçiriləcək - Foto

“Komo” bu mövsüm Çempionlar Liqası oyunlarını öz meydanında keçirəcək.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, UEFA İtaliya klubunun ev matçlarını “Cüzeppe Sinigalya” stadionunda keçirməsinə rəsmi icazə verib. Arenada aparılan yoxlamalar və yenilənmə işlərindən sonra stadionun turnirin tələblərinə cavab verdiyi təsdiqlənib.

Beləliklə, “Komo” Avropanın ən nüfuzlu klublarını Komo gölünün sahilində yerləşən mənzərəli stadionunda qəbul edəcək. Klub ev oyunlarını başqa arenaya köçürməmək üçün yerli hakimiyyət və mühəndis qrupları ilə birlikdə giriş yolları, işıqlandırma, media infrastrukturu və təhlükəsizlik sistemləri üzrə yenilənmə işləri aparıb.

Qeyd edək ki, 1927-ci ildə istifadəyə verilən “Cüzeppe Sinigalya” stadionunun hazırda təxminən 13 600 tamaşaçı tutumu var.

"Komo" Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində sentyabrın 10-da "Leyptsiq"lə qarşılaşacaq.

Tarix
2026.09.03 / 21:20
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib - HP

Azərbaycan ilk dəfə MDB-nin sədri olacaq - Lebedev

“Sülh körpüsü”: ikitərəfli dəyirmi masa başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla