Sakit Alıyev uzun illər Azərbaycan futbolunun üzdə olan
simalarından olub. Vaxtilə Tovuzun "Turan" klubunun formasını
geymiş Alıyev daha sonra doğma komandasında məşqçi kimi fəaliyyət
göstərib. 2011-ci ilin mayında komandasına məşq keçdiyi zaman
insult keçirərək məşqçi karyerasına son qoyub.
Artıq xeyli vaxtdır ki, veteran futbolçunun səhətindəki
problemlər daha da kəskinləşib. Elə bu yaxınlarda Apasport.az
saytına açıqlamasında vaxtilə Azərbaycan millisinin şərəfini
qorumuş Alıyevin maddi çatışmazlıqdan əziyyət çəkdiyi, problemlər
içində çabaladığı hiss olunur. Veteran futbolçu AFFA-dan komək
gözlədiyini də gizlətmir:
"Kömək istəməyə üzüm gəlmir. Tovuzun idman ictimaiyyəti mənim
üçün müraciət edə bilər. Digər tərəfdən, AFFA-da çalışanlar da
durumumdan xəbərsiz olmazlar. Hər halda, məsləhət bilsələr, yardım
əli uzadarlar".
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin
rəisi Mikayıl Nərimanoğlu "axar.az"a verdiyi açıqlamada futbol
qurumunun Sakit Alıyevə hərtərəfli dəstək olacağını bildirdi:
Sakit Alıyevin başına gələnlər haqda dünən mətbuatdan oxuduq.
AFFA hər zaman futbol veteranlarına dəstəyini göstərib və Sakit
Alıyev də istisna deyil. Biz ona hərtərfli dəstəyimizi göstərəcəyik
və müəlicəsinin həlli yönündə öz köməyimzi əsirgəməcəyik".