Yuxarı

Azərbaycanlı milyarderdən Sadıqova təklif - 1 milyon

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı milyarderdən Sadıqova təklif - 1 milyon

Milli komandanın və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov ötən gün "CBC Sport"un "İmza" verilişinin qonağı olub.

Milli.az xəbər verir ki, jurnalistin kapitana ünvanladığı "Neftçi"də oynadığınız vaxtlarda deyilənə görə, sizə "Xəzər Lənkəran"dan 1 milyonluq transfer məbləği təklif edilib. Bu söz-söhbət həqiqətdirmi" sualına Rəşad belə cavab verib:

"Belə bir danışıq olmuşdu. Mənə 2 illik müqavilə təklif olunmuşdu. 2 illik müqavilə hətta 1 milyondan da çox edirdi. Hərdən qarışdırırlar ki, "Rəşada 1 ilinə 1 milyon təklif edilib". Amma, əslində, o məbləğ iki il üçün nəzərdə tutulurdu. "Xəzər Lənkəran" rəhbərliyi ilə görüşdük də. Mən o görüşə getdikdə "Neftçi" rəhbərliyini xəbərdar etmişdim ki, məni belə bir görüşə çağırıblar. Hörmət əlaməti olaraq "Xəzər Lənkəran" rəhbərliyinin görüşünə gedəcəm.

"Neftçi"yə bildirməmişdim fikrim nədir. Amma qərarımı bilirdim. Hardasa 30-40 dəqiqə aramızda danışıq oldu, "Lənkəran" rəhbərliyi ilə tanış olduq. Çünki o adam Azərbaycan futbolu üçün çox şey edib. Və görüşdə qəti bildirdim ki, "Neftçi"dən ayrılmaq istəmirəm".

R.Sadıqov konkret ad açıqlamasa da, görüşdüyü şəxsin "Xəzər Lənkəran" klubunun sahibi Mübariz Mənsimov olduğu ehtimal edilir.

Tarix
2017.03.03 / 13:10
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla