Yuxarı

"Qəbələ" 1/4 finala yüksəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qəbələ" 1/4 finala yüksəldi

Futbol üzrə Azərbaycan kuboku yarışlarının dörddəbir final mərhələsinin üçüncü cavab oyunu keçirilib.

Axar.az xəbər verir ki, “Bayıl Arena”da baş hakim İnqilab Babayevin idarə etdiyi matçda “Səbail” klubu “Qəbələ”ni qəbul edib.

Görüşdə hesabı meydan sahibləri açıblar. Matçın 16-cı dəqiqəsində Adrian Popoviçi hədəfi dəqiq nişan alıb. Oyunun 22-ci dəqiqəsində Filip Ozobiç tarazlığı bərpa edib. İlk hissənin 44-cü dəqiqəsində Ruslan Qurbanov “Qəbələ”ni hesabda önə çıxarıb – 2:1. Komandalar fasiləyə bu hesabla yollanıblar.

Görüşün 56-cı dəqiqəsində “Qəbələ”nin futbolçusu Famussa Kone hesab arasındakı fərqi iki topa çatdırıb – 3:1. Matçın 75-ci dəqiqəsində Baqali Dabo dördüncü qolu meydan sahiblərinin qapısından keçirib. Bu qoldan üç dəqiqə sonra Elman Taqayev hesab arasındakı fərqi yenidən iki topa endirib. Oyun “Qəbələ”nin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk oyunda da 1:0 hesabı ilə qalib gələn “Qəbələ” klubu iki oyunun nəticəsinə görə yarımfinala vəsiqəni təmin edib.

Tarix
2017.12.15 / 18:28
Müəllif
Aytac Araz
Digər xəbərlər

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla