Yuxarı

Azərbaycan Velosiped Turu ləğv edildi – Səbəb

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Təbriz şəhərində Azərbaycan Velosiped Turu adı altında keçirilməsi planlaşdırılan tur ləğv edilib.

Axar.az xəbər verir ki, bu barədə Təbriz Velosiped İdmanı Heyətinin rəisi Nasir Huşyar məlumat yayıb. O, buna səbəb kimi “valyuta problemi”ni göstərib:

“Ötən illərdə olduğu kimi, turun keçirilməsi üçün hazırlıq işləri görülüb. Hətta müxtəlif komanda üzvlərinin qalacağı hotel, yarış üçün yollar da müəyyənləşdirilib. Lakin əsas problem ölkədə yaşanan valyuta məsələləri ilə bağlıdır. Tur 2018-ci ilin sonunadək keçirilə bilər. Yarışların mükafatı hazır olsa, dərhal tura start vermək mümkündür”.

Qeyd edək ki, Asiya Velosiped İdmanı Federasiyasının təqvimində “International Azerbaijan Tour” adı ilə qeydə alınan Azərbaycan Velosiped Turu 1986-ci ildən keçirilir. İran rejimi 2013-cü ildə Azərbaycan Velosiped Turunun adını dəyişdirərək İran-Azərbaycan Velosiped Turu adlandırılıb.

Tarix
2018.09.13 / 10:58
Müəllif
Aytac Araz
Digər xəbərlər

Moskvaya getdi, Putinə yalvardı, bu da nəticəsi…

Əliyev 10 il öncəkindən qat-qat güclüdür, çünki… - İsgəndəryan

Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır

Bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlandı

Azərbaycanla dialoqun tərəfdarıyıq - Friden

Ombudsmandan seçkilərlə bağlı açıqlama

Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı

Fərid Qayıbov Samir Şərifovun müavini oldu

Zakir Həsənov səs vermək üçün növbədə gözlədi - Foto

Putinlə Paşinyan arasında sərt telefon danışığı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla