Yuxarı

Lütfi Qədirovla bağlı qərar verildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lütfi Qədirovla bağlı qərar verildi

Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin sabiq bədii rəhbəri Lütfi Qədirov kassasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Kult.az Report-a istinadla xəbər verir ki, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, onun cəzası bir il altı ay azaldılaraq doqquz il altı aya endirilib.

Qeyd edək ki, Lütfi Qədirov 2020-ci ildə saxlanılıb.

Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunub ki, L.Qədirov 2010-2020-ci illərdə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin bədii rəhbəri işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar tabeçiliyində olan əməkdaşlara ümumi himayədarlıq və laqeydlik müqabilində onlardan külli miqdarda rüşvət alıb.

Həmçinin 2017-2020-ci illərdə işə gəlməyərək əmək funksiyalarını yerinə yetirməmələrinə baxmayaraq, bəzi əməkdaşlarla bağlanmış əmək müqavilələrinə xitam verilməyib. Sözügedən əməkdaşların hər biri üçün kart hesablarına köçürülmüş əmək haqqının 85-90 faiz həcmini təşkil edən ümumilikdə 54 min manatdan artıq məbləğdə pul vəsaitini rüşvət qismində almaqda təqsirli bilinib.

Lütfi Qədirov Cinayət Məcəlləsinin 311.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il noyabr ayında olan hökmü ilə sabiq orkestr rəhbəri 11 il müddətinə azadlıqdan məhrum edilib. Mədəniyyət Nazirliyi tərəfindən ona qarşı qaldırılan 355 min manatlıq mülki iddia da təmin edilib. Lütfi Qədirovla birlikdə təqsirləndirilən orkestrin təsərrüfat işləri üzrə müdiri olmuş Nəzakət Zairova isə şərti cəza alıb.

Daha sonra tərəflər hökmdən apellyasiya şikayəti veriblər, Bakı Apellyasiya Məhkəməsi onların və zərərçəkən tərəfin apellyasiya şikayətlərini təmin etməyib.

Tarix
2025.01.22 / 13:45
Müəllif
Kult.az
Digər xəbərlər

Şahin Mustafayev Arakçı ilə görüşdü - Foto

Regionda ticarət yolları açılır, sərhədlər yumşalır...

İlham Əliyevin Tehrana səfərini gözləyirik - Arakçı

20 Yanvar qırğınında iştirak etmiş əsgərdən şok etiraf

Azərbaycan bu görüşə ev sahibliyi etməyə hazırdır - Nazir

Hərbçilərimizin Qəzzaya göndərilməsi... - Bayramov

Trampın yalanı: Zelenski “planı” necə oxumaya bilər?

Bayramovla Arakçı arasında təkbətək görüş oldu

Qanun dəyişir: 8 min manat müavinət kimlərə veriləcək?

Arakçı Şəhidlər xiyabanını ziyarət etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla