Yuxarı

Netanyahu Səudiyyəyə başsağlığı verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Netanyahu Səudiyyəyə başsağlığı verdi

İsrailin Baş naziri Benyamin Netanyahu Ər-Riyad hava limanına hücumu pisləyib və həlak olanların ailələrinə başsağlığı verib.

Axar.az xəbər verir ki, o, bu barədə X səhifəsində yazıb.

"Ər-Riyad Beynəlxalq Hava Limanında 12 günahsız insanın həyatına son qoyan və yüzlərlə insanın yaralanmasına səbəb olan dəhşətli terror hücumunu qətiyyətlə pisləyirəm. İsrail xalqı adından həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə sağalmalarını arzulayıram”, - o bildirib.

Netanyahu əlavə edib ki, terrorizm dinc insanları hədəf alır, qorxu və qeyri-sabitlik yaratmağa çalışır. O, həmçinin terrorizmin bütün təzahürlərinə qətiyyətlə qarşı çıxmağa çağırıb.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi husilərin hava limanına hücumu nəticəsində azı 12 nəfərin öldüyünü, 309 nəfərin (son məlumata görə) yaralandığını açıqlayıb. Ər-Riyad Beynəlxalq Hava Limanı oktyabrın 11-i günün sonunadək bağlı olacaq.

Tarix
2026.10.11 / 19:40
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla