Sabah bu ərazilərdə işıq olmayacaq
18:37
| Ana səhifə Planet |
|
Avropa Komissiyası hər il Avropa ölkələrinə turist kimi səfər edən yüz minlərlə Rusiya vətəndaşı üçün viza qaydalarını sərtləşdirmək planını yekunlaşdırmaq üzrədir. Bununla AB Rusiyanın hibrid hücumlarına qarşı müdafiəni gücləndirməyi hədəfləyir.
Axar.az xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.
Nəşrin məlumatına görə, bir qrup ölkə, xüsusilə Polşa, İsveç və Estoniya Rusiya vətəndaşları, o cümlədən Ukraynaya qarşı döyüşmüş keçmiş hərbçilər üçün daha sərt qaydaların tətbiq edilməsinə təkid edib.
AB ölkələri bu məsələni 12 oktyabr tarixində keçiriləcək Xarici İşlər Şurasının iclasında qaldırmağı və rusiyalı diplomatlara qarşı əlavə məhdudiyyətlər tətbiq edilməsini təklif etməyi planlaşdırırlar.
|
Tarix
2026.10.11 / 17:47
|
Müəllif
Axar.az
|