Yuxarı

Matsarri “Qarabağ”la bağlı söz verdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Matsarri “Qarabağ”la bağlı söz verdi

"Kalyari"yə böyük hesabla uduzduq. Futbolda belə məğlubiyyətlə qaçılmazdır. Azarkeşlərimizə bizi sona qədər dəstəklədiklərinə görə təşəkkür edirəm. Onlar bu məğlubiyyətə layiq deyildilər". Apasport.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Valter Matsarri deyib.

Avropa Liqasının qrup mərhələsində oktyabrın 2-də "Qarabağ"la qarşılaşacaq İtaliya təmsilçisinin çalışdırıcısı komandasının son oyunlardakı çıxışından danışıb: "Hamımız son turdakı məğlubiyyətə görə üzgünük. Günahımızı yumaq üçün sabah "Qarabağ"a qarşı gözəl oyun göstərməliyik. Bu matçdakı qələbə azarkeşlərimizi sevindirəcək. Avropa Liqasında da uğur qazanmaq istəyirik. Sonra isə "Fiorentina"nı Florensiyada məğlub etmək haqqında düşünəcəyik. Bu matçlar hər ikisi vacibdir. Hesab edirəm ki, biz yaxşı komandayıq və öz gücümüzü sübut edəcəyik. Yenidən özümüzə olan inamı qaytarmalıyıq və "döyüşməliyik". "


Matsarri Mauro İkardinin vəziyyətinin yaxşı olduğunu bildirib: "İkardinin olmaması bizim üçün bir az problemlər yaradır. Amma hazırda o sağlamdır. O, ötən ilki mövsümdə çox ağır günlər keçirdi. İndi sağlamdır və qarşıdakı oyunlarda bizə kömək edəcək. İkardi daim texnikası və ağlı ilə "İnter"ə kömək edir. Mateo Kovaçiç də komandamıza kömək edəcək".

Tarix
2014.10.01 / 20:15
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

Putin İlham Əliyevi təbrik etdi

May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram

Ərdoğan İlham Əliyevi təbrik etdi

Konsulun cənazəsi Azərbaycana gətirildi

Diplomatın nəşinin Azərbaycana göndərilməsi üçün... - İran

Ceyhun Bayramov Nyu Yorka getdi

İlham Əliyev İordaniya Kralını təbrik etdi

Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan

Ağ Ev Ərdoğan adından paylaşdı - Ankara sildirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla