Yuxarı

“Expressbank” “Maliyyə savadlılığı” təlimi keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Expressbank” “Maliyyə savadlılığı” təlimi keçirdi

“Expressbank” ASC KOBİA-nın dəstəyilə mikro sahibkarlar üçün maliyyə savadlılığına həsr olunmuş növbəti maarifləndirici sessiyanı Aran Regional İnkişaf Mərkəzində həyata keçirib.

Tədbirin əsas məqsədi Bərdə, Yevlax və ətraf ərazilərdə yaşayan sahibkarların maliyyə biliklərinin gücləndirilməsi, biznes idarəetməsində daha effektiv yanaşmaların təşviqi və bank-müştəri münasibətlərində düzgün maliyyə davranışlarının formalaşdırılması olub.

Təlim çərçivəsində iştirakçılara biznes fəaliyyətində maliyyə planlamasının əhəmiyyəti, dövriyyənin düzgün idarə olunması, kredit alətlərindən səmərəli istifadə və rəqəmsal bankçılıq imkanları barədə ətraflı məlumat təqdim edilib. Eyni zamanda sahibkarlarla maliyyə risklərinin idarə olunması, biznesin inkişaf strategiyasının qurulması və dayanıqlı maliyyə vərdişlərinin formalaşdırılması istiqamətində praktiki nümunələr əsasında müzakirələr aparılıb.

İnteraktiv formatda təşkil olunan görüş zamanı sahibkarları maraqlandıran suallar cavablandırılıb, gündəlik biznes fəaliyyətində qarşılaşılan maliyyə çətinlikləri üzrə real təcrübələr paylaşılaraq faydalı tövsiyələr verilib. Tədbir, ümumilikdə, 50-dən çox sahibkarın maliyyə savadlılığının artırılmasına və biznes biliklərinin inkişafına töhfə verib.

“Expressbank” regionlarda sahibkarlığın inkişafına dəstək göstərilməsi, mikro biznes nümayəndələrinin maliyyə əlçatanlığının artırılması və maarifləndirmə fəaliyyətlərinin genişləndirilməsi istiqamətində layihələrini gələcək dövrdə də davam etdirməyi nəzərdə tutur.

Qeyd edək ki, “Expressbank” Bakı, Bərdə, Mingəçevir və digər bölgələrdə olmaqla, ümumilikdə, 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

Təcili kredit üçün bura keçid edin!

Tarix
2026.05.25 / 16:06
Müəllif
Axar.az
Digər xəbərlər

May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram

Dünya liderləri İlham Əliyevi təbrik edir

Ərdoğan İlham Əliyevi təbrik etdi

Konsulun cənazəsi Azərbaycana gətirildi

Diplomatın nəşinin Azərbaycana göndərilməsi üçün... - İran

Ceyhun Bayramov Nyu Yorka getdi

İlham Əliyev İordaniya Kralını təbrik etdi

Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan

Ağ Ev Ərdoğan adından paylaşdı - Ankara sildirdi

Azərbaycan Pakistana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla