Yuxarı

“Dnepr”: “Qarabağ”da boşluqlar var”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Dnepr”: “Qarabağ”da boşluqlar var”

Avrokuboklarda yeganə təmsilcimiz Ağdamın "Qarabağ" klubu bu gün Avroliqa çərçivəsində növbəti görüşünə çıxacaq.

Axar.az xəbər verir ki, qarabağlılar Ukraynada "Dnepr"in qonağı olacaqlar. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov görüş öncəsi mətbuat konfransında oyuna qələbə üçün çıxacaqlarını deyib:

"Bu gün bizi çətin oyun gözləyir. Zədəli futbolçularımız olsa da, oyuna maksimum dərəcədə diqqətli hazırlaşmalıyıq. Rəqibin heyətində çox yüksək texnikalı futbolçular var. Bilirik ki, "Dnepr" də bu oyuna qələbə üçün çıxacaq, amma biz əlimizdən gələni edəcəyik. Komandamız baxımlı futbol sərgiləyərək, Bakıya uğurlu nəticə ilə dönməyə çalışacaq".

"Qarabağ"ın yarımmüdafiəçisi Namiq Yusifovda "Dnepr"lə qarşılaşmada azarkeşlərin sürətli və baxımlı oyunun şahidi olacaqlarını bildirib.

"Dnepr"in baş məşqçisi Miron Markeviç isə "Qarabağ"ın asan rəqib olmadığını deyib:

"Biz onların "Sent-Etyen"lə görüşündə bunun şahidi olduq. "Qarabağ" yaxşı hücum futbolu oynadı, amma onların da boşluqları var. Biz onlardan istifadə etməyə çalışacağıq".

Xatırladaq ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçirilən "Dnepr" - "Kopenhagen" matçında azarkeşlərin xuliqanlıq etməsindən sonra UEFA Ukrayna klubunu cəzalandırıb. UEFA-nın qərarına görə "Dnepr" – "Qarabağ" görüşü azarkeşsiz keçiriləcək. Kiyevdə baş tutacaq qarşılaşmaya yalnız Fan klublar buraxılacaq. Görüşdə təxminən 500-ə yaxın tamaşaçı "Qarabağ"ı dəstəkləyəcək.

Qeyd edək ki, oyunu çexiyalı hakimlər briqadası idarə edəcək.

Tarix
2014.10.23 / 11:34
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

MM təsdiqlədi: Bu dövlət rüsumu 50 manat oldu

Azərbaycanın bu modeli 700 milyon insana xidmət edir

Baş nazirdən Şuşa ilə bağlı yeni qərar

Berdiməhəmmədov sabah Gürcüstana səfər edəcək

Burada olmaq həmişə şərəfdir - Hikmət Hacıyev

Türkiyə növbəti dəfə bütövlüyünü qorudu - Vəliyev

Hüseyn Əsgərli bu mərkəzin direktoru təyin edildi

Azərbaycana turist axınının azalmasının səbəbi...

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla