Yuxarı

İtaliya mətbuatı nar və ceyrandan yazdı - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İtaliya mətbuatı nar və ceyrandan yazdı - Foto

İtaliyanın məşhur "Olimpi Azzurra" idman saytında "Bakı-2015" ilk Avropa Oyunlarının ceyran və narı ilk dəfə keçiriləcək idman tədbirinin rəsmi rəmzləri kimi təqdim etməsi ilə bağlı məqalə yerləşdirilib.

AzərTAc xəbər verir ki, məqalədə Azərbaycanın gənclər və idman naziri, "Bakı-2015"in baş icraçı direktoru Azad Rəhimovun sözlərinə yer verilib: "Ceyran və nar rəmzlərini bütün dünyaya təqdim etməyə şadıq. Ümidvarıq ki, onlar birinci Avropa Oyunlarının həyəcanını əks etdirə biləcəklər. Bu simvollar "Bakı-2015"in rəmzləri kimi, Azərbaycanda yeni nəsil idman azarkeşlərini ruhlandıracaq, həyəcanlandıracaq və əyləndirəcək".

Müəllif bildirir ki, ceyran Qafqaz dağlarından tutmuş Xəzər dənizinin sahillərinədək qonaqlara ölkə boyu bələdçilik edəcək və onlara Azərbaycanın gözəlliklərini təqdim edəcək. Azərbaycanda qorunan heyvan növlərindən biri olan ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın rəmzidir. Ölkəmizdə geniş yayılan nar meyvəsi rəngarəng "Bakı-2015" brendində əks olunaraq artıq bu şəhərdə geniş nümayiş etdirilib.

Tarix
2014.11.30 / 16:09
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla