Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 İyun 2019


Güləşçilərimiz Avropada daha 3 medal qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 13-də Azərbaycan güləşçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında biri gümüş, ikisi bürünc olmaqla üç medal qazanıblar.

Axar.az xəbər verir ki, beşinci yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində çıxış edən güləşçilər mübarizəyə qoşulublar.

Güləşçimiz İslam Abbasov (87 kq) ilk görüşündə çətinliklə də olsa, alman rəqibinə qalib gəlib. Yığma üzvü səkkizdəbir finalda olimpiya çempionu ilə üz-üzə gəlib. Ancaq rəqibindən çəkinməyən İ.Abbasov Rusiya təmsilçisini də məyus edərək dörddəbir finala vəsiqə qazanıb. İslam növbəti mərhələdə ermənistanlı dünya və Avropa çempionu ilə üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən sonunadək rəqibindən üstün olan təmsilçimiz parlaq qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb. İslam yarımfinalda da əla güləş nümayiş etdirərək belaruslu rəqibinə sevinmək imkanı verməyib. Beləliklə, İ.Abbasov ilk dəfə böyüklər arasında Avropa çempionatının finalına vəsiqə əldə edib. Həlledici qarşılaşmada son Olimpiadanın gümüş medalçısı, dünya və Avropa çempionu ukraynalı Jan Belenyukla üz-üzə gələn İslam rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib. Bu, onun böyüklər arasında qitə çempionatında ilk medalıdır.

Dünya və Avropa çempionu Eldəniz Əzizli (55 kq) ilk görüşündə Serbiya güləşçini cəmi 1 dəqiqə 54 saniyəyə məğlub edib. Eldəniz dörddəbir finalda əsas rəqiblərindən sayılan gürcü idmançıya da heç bir şans verməyib və vaxtından əvvəl qələbə qazanaraq yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Rusiya güləşçisinə uduzan E.Əzizli bürünc medal uğrunda türkiyəli idmançı ilə güləşib və çətinlik çəkmədən qalib gəlib.

Digər idmançımız Taleh Məmmədov (63) təsnifat mərhələsində Moldova təmsilçisindən güclü olub. Sonra yerli idmançı ilə görüşdə yenə sevinən tərəf güləşçimiz olub. Beləliklə, Taleh də yarımfinala adlayıb. Ancaq bu mərhələdə Norveç idmançısına uduzan T.Məmmədov üçüncü yer uğrunda mübarizə aparıb. Rəqib fiziki göstəriciləri ilə seçilən erməni güləşçi olub. Əsl güləşçi xarakteri nümayiş etdirən Taleh parlaq qələbə qazanaraq Avropa üçüncüsü olub.

Tarix
2019.04.14 / 00:50
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

UEFA "Neftçi"nin matçı ilə bağlı dəyişiklik etdi

Güləşçilərimiz Avropa çempionu oldu - Video

Qurbanov “Qarabağ”ın yeni rəqibindən danışdı

Platini həbs edildi

Üç güləşçimiz Avropa çempionatının yarımfinalında

Komandalarımızın avrokuboklardakı rəqibləri - Siyahı

Azərbaycanı Minskdə təmsil edəcək boksçular açıqlandı

Amerika Kuboku: tarixi matç başa çatdı

"Qəbələ"nin fransız ulduzu "Neftçi"də - Rəsmi

Salah qərar verdi: "Real Madrid"ə transfer...

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla