Yuxarı

Boksçularımız Rusiyadan 7 medalla qayıtdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Beloyarski şəhərində Sibirdə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş Neft Ölkələrinin Dünya Kuboku yarışına yekun vurulub.

Trend Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, komandamız turnirdə 1 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olub.

49 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionu Salman Əlizadə finalda Özbəkistan nümayəndəsi Abdulla Kuçkarovu məğlub edərək 1-ci pilləyə yüksəlib. Kamran Şahsuvarlı (75 kq) yalnız həlledici görüşdə rusiyalı Andrey Kovalçuka uduzub. 91 kq çəki dərəcəsində çıxış edən Rahil Məmmədli də Vətənə gümüş medalla dönüb. Həmyerlimiz finalda litvalı Tadas Tamaşauskasa məğlub olub.

Dörd boksçumuz – Kənan Hüseynəliyev (56 kq), Salman İbrahimov (64 kq), Rauf Rəhimov (81 kq) və Asəf Aslanlı (+91kq) bürünc medalla kifayətləniblər.

Millimiz Rusiya, Rusiya-2 və Özbəkistandan sonra ümumkomanda hesabında 4-cü yeri tutub. Qeyd edək ki, yarışda ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edib.

Tarix
2014.12.08 / 11:28
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Berdiməhəmmədovla görüşdü

Dəməşqdən sonra Tehran da qurban verildi: İranı nə gözləyir?

Berdiməhəmmədov Azərbaycana gəldi

Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur

Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq

Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla