Yuxarı

"Qarabağ" mətbuat konfransı keçirdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" mətbuat konfransı keçirdi

"Dünən stadionda epizodu görə bilmədim. Daha sonra epizodlara baxarkən, hər şey aydın oldu. Siz də həmin epizodu gördünüz. Biz dekabrın 15-də Nyonda püşkatmada olmalı idik. Amma təəssüf ki, burda hakim səhvini müzakirə edirik. Biz etiraz haqqımızdan istifadə etmək istəyirik. Azərbaycan futbolunu Avropada layiqincə təmsil etdik. Ümid edirik ki, UEFA bu səhvi etiraf edəcək.

Publika.az xəbər verir ki, bunu "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl keçirdiyi mətbuat konfransında deyib.

"Nəticə dəyişməsə də, səhvin etirafı bizə mənəvi təsəlli olar. Bu məsələnin üstünə getmək istəmirəm. Bu həm bizə, həm də futbolçulara pis təsir edə bilər. Dünənki oyunda nə baş verdiyini bilmirəm. Nəsə söyləyə bilmərəm, çünki heç bir sübutum yoxdur. Biz gələcəkdə bu cür səhvlərin təkrarlanmayacağına inanırıq. Bütün ziddiyyətli məqamlar üzrə şikayət edəcəyik. Çalışacağıq ki, bu hal bir də təkrarlanmasın. UEFA bununla bağlı tədbirlər görməlidi. Tarixdə bu oyunun hesabı 0:0 kimi qalsa da, azarkeşlərimiz bu oyunu həmişə 1:0 bizim xeyrimizə xatırlayacaqlar", - Gözəl deyib.

Mətbuat konfransında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da iştirak edib. Komitə sədri "Qarabağ"a qarşı hakim haqsızlığının olduğunu deyib:

"Hakimlərin oyunu idarə etməsində ciddi problem vardı. Hakimlər briqadası oyunu düzgün idarə etmədilər. Həmin epizodda Leroy Corc oyundankənar vəziyyətdə olsaydı belə, FİFA və UEFA-nın qaydalarına görə, oyunu dayandırmaq olmazdı.

Corc topa müdaxilə etmirdi. Müdafiəçidən də 3-4 metr aralı idi. Bu, təmiz qol idi. Baş hakim özü məsuliyyəti üzərinə götürüb qərar verə bilərdi. Hakimin qərəzli olması barədə əlimizdə sübut yoxdur. Amma UEFA-nın hakimlərinin bu cür kobud səhv etməsi şübhələrə əsas verir".

Tarix
2014.12.12 / 14:41
Müəllif
Axar.az
Digər xəbərlər

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır...

İlham Əliyev dəvətə görə Trampa təşəkkür etdi

Uitkoff Bakı və İrəvandan yazdı: Şərəf duyuram...

İlham Əliyev Donald Trampla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla