Yuxarı

AFFA-dan Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı açıqlama

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
AFFA-dan Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı açıqlama

İngiltərənin "Arsenal" klubunun erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryanın Avropa Liqasının Bakıda "Çelsi"yə qarşı keçiriləcək final matçında iştirak etməməsi barədə bizə rəsmi məlumat verilməyib.

Bu sözləri Axar.az-a açıqlamasında AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib. O bildirib ki, bu məlumat İngiltərə mətbuatının iddiasıdır:

“Bizə təhlükəsizliklə bağlı məsələlər daxil olmuşdu və biz də dəfələrlə vurğulamışıq ki, Bakıya gələn Avropa Liqası finalçılarının təhlükəsizliyinə tam zəmanət veririk. Dövlət orqanları da bunu bildirib. AFFA Avropa Liqasının final matçı barədə üzərinə düşən bütün öhdəlikləri etməyə hazırdır”.

Qeyd edək ki, "Tayms" nəşri İngiltərənin "Arsenal" klubunun erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryanın Avropa Liqasının Bakıda "Çelsi"yə qarşı keçiriləcək final matçında iştirak etməyəcəyi barədə məlumat yayıb.

Tarix
2019.05.17 / 15:31
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla